Twitter
Facebook
Google
Youtube
Rss

"Məhdəviyyət" barəsində bəhs etməyin zərurəti və "imamət" haqqında ümumi anlayış.

  • hadi-tv
  • 2016-01-27 11:01 PM
  • Çap
  • PDF
  • Facebook ilə paylaş
  • Twitter ilə paylaş
  • G+ ilə paylaş
  • Whatsapp ilə paylaş
  • Qonaqlar 2051
  • Şərhlərin sayı 0
  • -
    +

İkinci bəhs: 1-Məhdəviyyət bəhslərinin əhəmiyyəti və zərurəti. Hər bir bəhsin müxtəlif yönlərini araşdırmamışdan öncə onun nə qədər zəruri olmasını açıqlamaq lazımdır. Bu səbəbdən də bəhsimizi bir neçə sual ilə başlayırıq. A)"Məhdəviyyət" bəhsləri təcrübi yoxsa ancaq və ancaq teori bir bəhsdir? B)"Məhdəviyyət" və onun məsələlərindən bəhs etmək bu günki insanların ehtiyaclarındandırmı və onun ehtiyaclarina cavab verə bilərmi? C)"Məhdəviyyətə" inanmaq insanın həyatında nə kimi dəyişiklər yarada bilər?. "Vəd olunmuş Məhdi" mövzusu elə bir nəzəriyyə deyil ki, islam tarixində məzlumlara ürək-dirək verməkdən ötürü insanların zehnində sonradan yaranmış olsun, bəlkə, bu mövzu Quran və rəvayətlərə istinad olunmuş bir mövzudur və İslam dininin zəruri məsələlərindən biridir. Biz bu bəhsimizdə qısa şəkildə Məhdəviyyət bəhsinin müxtəlif cəhətlərdən əhəmiyyətli olmasına işarə edirik. 1.Etiqadi cəhətdən: Etiqad insan həyatının əsasını təşkil edir, yəni insan əməl meydanında etdiyi bütün işlərin kökü şüphəsiz ki, onun etiqadından qaynaqlanır. Bu səbəbdəndə əgər insanın etiqadı düzgün və möhkəm olsa əməl məqamında heç bir səhvi olmaz. İnsanın etiqadını düzgün formalaşdıran mühim amillərdən biri mərifətdir. Mərifət əldə etməklə insan bu nəticəyə çata bilər ki, imam Məhdi (ə) digər imamların imamətliyinin davamçısıdır. O, ilahi feyzinin vasitəsi, vəsilərin sonuncusu, Allah Rəsulunun (s) açıq-aşkar nümunəsidir. İmam zaman Yaradanı tanımaq üçün bir yoldur. Belə ki, rəvayətlərdə Allah və Onun kamal sifətlərini tanımağın yollarından biri Allah övliyalarını (imamları) tanımaqdır. Onlar ilahi ismlərin açıq-aydın nümunələridirlər. Onları tanımaq Allahı tanımaq üçün bir vasitədir. İslam alimləri Allah Rəsulu (s)-dən belə bir hədis nəql edirllər: "Hər kəs öz zəmanəsinin imamını tanımadan dünyasını dəyişsə, cahiıiyyətdə ölən insanlar kimi dünyasın dəyişmişdir." “Kəmalud-din və təmamun-nimə”, müəllif: Şeyx Səduq, 2-ci cild, səh: 409, 9-cu hədis. Bəzi dualarda bizə göstəriş verilib ki, Allahdan imamı tanımağı diləyək. "İlahi! Öz hoccətini bizə tanıtdır, əgər bizə hoccətini tanıtmasan dinimizdən azarıq." “Üsuli Kafi”, müəllif: Kuleyni, 1-ci cild, səh: 337. İmamı tanımağın bu qədər faydası olduğu bir halda bizə lazım deyilmi onu tanımağa səy edək və onun barəsində müxtəlif mövzular haqda söhbət açaq?! Necə mümkündür onun barəsində düzgün mərifətimiz olmasın, bir haldaki O, gizlində olsada belə insanları Allahın feyz və rəhmətindən məhrum qoymur və biz hamımız Onun imamət bərəkətindən bəhrələnirik?! 2. İctimai cəhətdən: İnsan yer üzünə qədəm qoyduğu gündən bu günə qədər həmişə xoşbəxtlik gətirən bir cəmiyyətdə yaşamaq arzusundadır. Əgər belə bir istək dünyada gerçəkləşməsəydi onda bu arzu və ümid insan daxilində vücuda gəlməzdi. Necə ki, əgər su və yeməli şeylər olmasaydı insan vücudunda susuzluq və aclıq olmazdı. Məhdəviyyət fikri elə bir mövzudur ki, çoxlu ictimai təsiri vardır. Onlardan ən əhəmiyyətlisi budur ki, cəmiyyətdən ümidsizliyi aradan götürür. "Məhdəviyyət" yəni aydın bir gələcəyə ümidvar olmaq, "Məhdəviyyət" yəni bir gün ilahi bir insan gələcək və insanların arzuladığı ədalətli bir cəmiyyət yaranacaq. Hər bir müsəlman qəti surətdə inanır ki, insanların bütün ehtiyaclarına cavab verə biləcək ictimai qanun yalnız islam hökumətinin gözəl qanunlarıdır və bu qanunların icra olunmasının kamil surəti İmam Zaman (ə) zühur etdikdən sonra reallaşacaq. Buna əsasən "vəd olunmuş Məhdiyə" inanmaq ürəklərdə ümidi dirildir bu əsasa inanan bir insan heç vaxt ümidsiz olmur çünki belə bir insan inanırki sonunda gözəl bir həyat var və özünü bu həyata çatdırmaq üçün çalışır Bu "Məhdəviyyətə" inanmağın ən böyük ictimai təsirlərlərindən biridir. 3. Siyasi cəhətdən: Tarix həmişə dünyada müxtəlif məktəblərin və hökumətlərin məğlubiyyətinin şahidi olmuşdur. Uzun illər iki böyük idiologiya -kapitalizm və kominizim– atom bombalarıyla və kütləvi qırğınlarla dünyanı hədələyirdilər. Bu onların proqramlarının nə qədər zəif olmasına aydın bir dəlildir. Bu iki təfəkkür uzun illər dünya siyasətlərinin fikirlərini özünə cəlb etmişdir. Amma illər keçdikcə biri süqut etdi, o birisi isə süqut etməkdədir. Bəs görəsən bu insanların vəzifəsi nədir ? Bu günki insanlar siyasət meydanında təzə bir məktəbin arzusundadırlar. Həqiqətdə, bəşər övladı bu gün çox susuzdur və onu bu susuzluqdan nicat verə bilən yeganə amil "Məhdəviyyət" məktəbində olan müqəddəs mədəniyyətdir. "Məhdəviyyət" nəzəriyyəsi ümumbəşər bir nəzəriyyədir və onun bütün dünyanı idarə etmək üçün proqramı vardır. Bu səbəbdəndə müasir bəşərin bütün ehtiyaclarına cavab verən yeganə nəzəriyyə "Məhdəviyyət" nəzəriyyəsidir. 4. Tarixi cəhətdən: "Məhdəviyyət" nübuvvət və xatəmiyyət bəhsinin davamı, imamət məsələsinin tamamıdır. Bu səbəbdəndə tarixin həssas bir nöqtəsində vücuda gəlmiş, bu günə qədər davam etmiş və insan həyatının sonuna qədər qalacaqdır. Buna əsasən imam Əli (ə)-dan həzrət Məhdi (ə)-a qədər imamətin necəliyi, insanların imamət və məhdəviyyət barəsində necə əksüəməl göstərməsi, həmçinin bu barədə olan tarixi hadisələr islam tarixinin əhəmiyyətli mövzularından ola bilər. "Məhdəviyyət" məsələsi tarix boyu bəhs olunub, Şiə və Sunni mənbələri Peyğəmbər (s)-in həzrət Məhdi (ə)-in gəlməsini müjdə verməsi barədə olan hədislərlə doludur. Məhdəviyyətə inanmaq islam tarixində çoxlu təsirlər qoymuşdur. 5. Mədəni cəhətdən: Biz müsəlmanların vəzifələrindən biri məhdəviyyət mədəniyyətinin yayılması üçün zəmin yaratmaq və zühuru gecikdirən amillərin qarşısını almaqdır. Məhdəviyyət barəsində mədəni işlərin bir neçə köklü işlərə ehtiyacı var. 1.İntizarı stratejik cəhətdən aydınlaşdırmaq: Stratejik intizar -yəni hər bir müsəlman bütün gücünü O həzrətin zühur etməsi üçün sərf etsin və "O həzrətin intizarında olmaq" məfhumunun düzgün mənada insanlara çatdırmaq üçün öz ixtiyarında olan bütün imkanlardan istifadə etsin. 2. İradları tanımaq: İnsan gərək bu mövzuya aid olan iradları tanısın və onların həlli üçün çalışsın. Məsələn belə olmasın ki, biz "Məhdəviyyət" mövzusunu İmam Zaman (ə)-la görüşməklə xülasələndirək və s... 3. Düşməni tanımaq: Düşmən "Məhdəviyyət" təfəkkürünün islam dünyasında yayılmasının qarşısını almaq və ya onu təhrif etmək üçün əlində olan bütün imkanlarından istifadə edir. Buna əsasən "Məhdəviyyət" bəhslərini düzgün şəkildə insanlara çatdırmaq üçün səy etmək lazımdır ki, təhrifə yol verilməsin. Firuz Yaşaroğlu İlahiyyatçı

Zeruret-Mehdeviyyet-imamet-imamlar-imamzaman-Mahdi

Şərhlər
Bütün hüquqlar qorunur.
www.haditv.com | Powerd by : Dijlah